Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində məktəbli gənclər üçün “Tariximiz qürurumuzdur” layihəsinə start verilib. Layihə çərçivəsində dekabrın 18-də “Hərb tariximizin tanınmış sərkərdələri” mövzusunda bilik saatı təşkil olunub.
Mərkəzin elmi işçisi Ruhulla Şahbazi Azərbaycanın qədim tarixi, böyük sərkərdələri haqqında məktəblilərə ətraflı məlumat verib. Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov, Cəmşid Naxçıvanski, Cavad bəy Şıxlinski, Həzi Aslanov və başqa görkəmli şəxsiyyətlərin tarixi xidmətlərindən danışılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.