Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında Əməkdar mədəniyyət işçisi, şair Məmməd Aslanın 75 illik yubileyinə həsr olunan “Əgər haqq arasan söz bazarında, şairlə oxucu üzbəüz olsun” adlı tədbir keçirildi.
Tədbirin aparıcısı multimedia mütəxəssisi Leyla Məmmədli şairin həyatı və uşaq ədəbiyyatında rolu haqqında məlumat verdi, müəllifin “Dağ ürəyi”, “Böyürtkən - böyrü tikan”, “Dəvələr niyə gövşəyir” və s. şeir toplularının uşaqların könül dünyasını zənginləşdirdiyini diqqətə çatdırdı.
12 saylı tam orta məktəbin müəlliməsi İlhamə Axundzadə şairin yaradıcılığında Vətənə məhəbbət, yurd həsrəti, təbiət gözəlliklərinin vəsfinin xüsusi yer tutduğunu vurğuladı.
Məktəbin 4-cü sinif şagirdləri şairin şeirlərindən nümunələr söylədilər, müəllifin öz ifasında səsləndirdiyi şeirinin video görüntüsünü izlədilər.

Nailə Tağıyeva,
Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasının müdiri