Beş il ərzində həyata keçirilən layihə əsrlərin mədəni mirasının gələcək nəsillərə çatdırılmasına mühüm töhfədir

Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramının əsas məqsədləri regionlarda müvafiq tədbirlərin təşkil olunması vasitəsilə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı və davamlı regional sosial-iqtisadi inkişafa töhfə vermək idi.
Beş ilin tamamında qeyd edə bilərik ki, proqramda qarşıya qoyulan məqsədlərə nail olunub. 15 rayon və şəhəri əhatə edən layihə çərçivəsində müxtəlif tədbirlər, elmi-praktik konfranslar, konsertlər, festival və sərgilər keçirilib. Bu tədbirlərin bir qismi daha sonra ənənəvi hal alıb, geniş format qazanıb.
2014-cü ilin “Əfsanələr paytaxtı” Qəbələdə, “Folklor paytaxtı” Balakəndə və “Sənətkarlıq paytaxtı” Abşeronda həyata keçirilən tədbirlər də zəngin və yaddaqalan olub, mədəni irsimizin, zəngin xalq yaradıcılığının təbliğinə xidmət edib.