20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Şamaxı rayon Mərkəzi kitabxanasında “Milli hüzn və şərəf günü” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə şəhər və kənd kitabxanalarının işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. MKS-nin direktoru Ərəsdun Xələfov, şöbə müdirləri Afaq Səttarzadə, Zemfira Hacıyeva, Avropa liseyinin müəlliməsi Rasimə Sadıqova, Rəsm Qalereyasının direktoru Sədaqət Xələfova çıxış edərək 20 Yanvar hadisələrinin xalqımızın müstəqillik mücadiləsində yerindən söz açıblar. Sonda Qanlı Yanvarla bağlı sənədli film nümayiş etdirilib.