Cəlilabaddakı Heydər Əliyev Mərkəzində rayon Dövlət Rəsm Qalereyası ilə birgə “20 Yanvar - Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “Sizi unutmarıq” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi 20 Yanvar şəhidlərini anmaq və rayonda olan istedadlı gəncləri müəyyən etməkdir. Müsabiqədə Cəlilabad şəhər 1, 2, 4, 7 və 8 saylı tam orta məktəblərin şagirdləri iştirak ediblər. Təqdim olunan 160 rəsmdən 45-i seçilərək sərgidə nümayiş etdirilib. Fərqlənən 18 şagird müxtəlif hədiyyələr və fəxri fərmanlarla təltif olunublar.