Yanvarın 18-də Qusar Dövlət Ləzgi Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” əsərinin tamaşası göstərilib. Əsərdə Qarabağdan didərgin düşmüş insanların acı taleyindən, öz ata-baba torpaqlarına bağlılığından, vətənpərvərlikdən söhbət açılır.
Səhnə əsərinin quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzar Hüseynova, quruluşçu rəssamı İlham Burziyev, musiqi tərtibatçısı Şaiq Qardaşovdur. Rollarda teatrın aktyorları Hörmət Aslanov, Lalə Qurbanova, Kəmalə Qasımova, Yalçın Qaraxanov, Fizuli Orucov və başqaları çıxış edirlər.