Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni internet saytı üzərində tamamlanma işləri aparılır. Sayt fevralın ilk ongünlüyündə internet istifadəçilərinin ixtiyarına veriləcək. Teatrın truppa müdiri Elnur Məmmədov bildirib ki, dizaynı və başqa keyfiyyətləri ilə seçiləcək saytda teatr haqqında ümumi bilgilər, tamaşalar, aktyorlar, festivallar, qastrol səfərləri haqqında məlumatlar bölmələr üzrə yerləşdiriləcək. Saytda hər aktyorun həyat və yaradıcılığı, oynadığı rollar barədə informasiyalar və fotolar tapmaq mümkün olacaq. Mətbuat bölməsində teatrla bağlı yazılan bütün xəbərlər, məqalələr toplanacaqdır. Bundan əlavə, saytda video və fotoqalereya da fəaliyyət göstərəcək.