Azərbaycan Dövlət Kukla Teatrı Abdulla Şaiqin «Vətən» pyesini səhnələşdirir. Rəhman Əlizadənin quruluş verdiyi tamaşa mart ayının sonlarında təhvil veriləcək. Tamaşanın rəssamı İlahə Yaqubovadır. Teatrda bununla yanaşı, Namiq Ağayevin «Quşcuğaz» adlı əsərinin məşqlərinə də start verilir. Namiq Ağayevin rejissorluğu ilə hazırlanacaq tamaşanın aprel ayının sonlarında təhvil verilməsi nəzərdə tutulub.