Akademik Milli Dram Teatrında M.F.Axundovun “Lənkəran xanının vəziri” (quruluşçu rejissor - Vaqif İbrahimoğlu), Elçinin “Teleskop” (quruluşçu rejissor -Kamran Şahmərdan) və A.Məsudun “Qatarın altına atılan qadın” tamaşalarının (quruluşçu rejissor - Mehriban Ələkbərzadə) məşqləri davam edir. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, martın 18-19-da “Lənkəran xanının vəziri” tamaşasının premyerasının keçirilməsi nəzərdə tutulub.
   Bununla yanaşı, teatrın repertuarında mövcud olan bir sıra tamaşalar bərpa olunur. Bərpa olunan tamaşalar arasında “Uçqun” (T.Cücənoğlu, quruluşçu rejissor Bəhram Osmanov), “Mesenat” (Ə.Əmirli, quruluşçu rejissor Bəhram Osmanov), “Tələ” (A.Kristi, quruluşçu rejissor Əsgər Əsgərov), “Hamlet” (U.Şekspir, quruluşçu rejissor Azər Paşa Nemət), “Xəcalət” (H.Mirələmov, quruluşçu rejissor Bəhram Osmanov) və “Tülkü, tülkü, tünbəki” (Xanım Həsənova, quruluşçu rejissor Vaqif İbrahimoğlu) var.