İrəvan Dövlət Dram Teatrı Beyləqanda teatrsevərlər qarşısında «Soyqırımı abidəsinin dastanı» tamaşasını göstərib. Əsər Beyləqan şəhərində yerləşən Soyqırımı abidəsinin qarşısında açıq səhnədə tamaşaçılara təqdim edilib. Dastanın əsas süjet xətti əsasən Qarabağ müharibəsi və onun Azərbaycan xalqına vurduğu zərbələri əhatə edir. Əsərin ssenarisi türkiyəli yazıçı Zehni Papaqçı tərəfindən qələmə alınıb.
   Tamaşada rolları xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, Süleyman Nəcəfov, əməkdar artistlər Esmiralda Şahbazova, Vidadi Əliyev, Vaqif Kərimov, aktyorlardan Niyaməddin Səfərəliyev, Nurbəniz Niftəliyeva, Pərviz Gülməmmədov, Əhliman Ərşadov, Anar Sadıqov ifa ediblər. İki hissəli tamaşanın baş məsləhətçisi Hidayət Orucov, ideya müəllifi İrşad Əliyev, şeirlərin müəllifi İftixar Piriyev, rejissor və xoreoqrafı Hacıbaba Məmmədov, bəstəkarı Muxtar Əbdülhüseynov, musiqi tərtibatçısı isə Çingiz Xəlilovdur.