Azərbaycanda qastrol səfərində olan Dərbənd Dövlət Azərbaycan Dram Teatrının kollektivi aprelin 18-də Şəki teatrsevərlərinin qonağı olub. Dərbəndlilər Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının səhnəsində Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanmış tamaşanı təqdim ediblər. Teatrın baş rejissoru Laləzar Hüseynovanın quruluş verdiyi səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.