Naxçıvan Kukla Teatrı məktəblilər qarşısında çıxış edir
   
   M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı aprel ayından başlayaraq muxtar respublikanın kənd məktəblərinin şagirdləri qarşısında Zaur Vedilinin “Şahzadə və Bəndalı” nağılının motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə çıxış edir. Şərur, Kəngərli və Ordubad rayonlarında çıxış edən teatr növbəti dəfə Culfa rayonunun məktəbliləri ilə görüşə gəlib. Teatrın bədii rəhbəri, Xalq artisti Yasəmən Ramazanovanın verdiyi məlumata görə, kollektiv Sədərək, Babək və Şahbuz rayonlarına da qastrol səfərləri planlaşdırır.