Mayın 18-də Polşanın Lyublin şəhərinin Müasir Rəqs Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Nano” tamaşasını nümayiş etdirib. Qastrol səfəri Polşanın Bakıdakı səfirliyinin təşəbbüsü ilə gerçəkləşib. Kişi və qadın münasibətlərindən bəhs edən “Nano” tamaşasında aktyorlar obrazları rəqsin və jestlərin dili ilə canlandırıblar. Tamaşanın xoreoqrafı Rişard Kalinovski, rolların ifaçıları Beata Mısyak, Rışard Kalinovski, musiqisi Pyotr Kurek, Karolina Retsin və Marçin Kovalçukundur. Səhnə əsəri maraqla qarşılanıb.