Qax Dövlət Kukla Teatrında yeni mövsümə hazırlıq işləri başa çatıb. Yaradıcı kollektiv sentyabrın 16-da mövsümün açılışında balaca tamaşaçılara Tofiq Kərimin “Quyruqsuz ulağın sərgüzəştləri” tamaşasını təqdim edəcək. Tamaşanın rejissoru və musiqi tərtibatçısı Yusif Abdurahmanov, rəssamı Mais Abdullayevdir.
   Yaradıcı kollektiv hazırda Əhməd Orucun “Zınqırovlu pişik” əsəri üzərində də məşqləri davam etdirir. Tamaşa sentyabrın sonunda təqdim olunacaq.
   Bundan əlavə, Qax teatrı Beynəlxalq Kukla Teatrları Birliyinin (UNİMA) dəstəyi ilə noyabrın 1-dən 6-dək Bakıda keçiriləcək beynəlxalq kukla teatrları festivalına da qatılacaq.