Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək II “ArtOkraina” beynəlxalq teatr festivalına dəvət alıb.
   Polşa, Ukrayna, Belarus, Almaniya, İsveç və digər ölkələrin də qatılacağı festivalda Azərbaycanı Əməkdar artist, “Qızıl Dərviş” mükafatı laureatı, prezident mükafatçısı Şövqü Hüseynov P.Zyüskindin “Kontrabas” mono-tamaşası ilə təmsil edəcək. Tamaşanın quruluşçu rejissoru mərhum rejissor, Xalq artisti İrina Perlovadır. “Kontrabas” tamaşası 15 ildir oynanılır və dəfələrlə İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafata layiq görülüb.
   II “ArtOkraina” beynəlxalq festivalı noyabrın 14-21-də keçiriləcək. “Kontabas” tamaşasının nümayişi noyabrın 16-na təyin olunub. Səfər Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək.