Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulan «Alın yazısı» tamaşası Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Teatrının direktoru Əli Qasımovun sözlərinə görə, əsər müstəqilliyimizin ilk illərində daxili çəkişmələr, eləcə də xarici müdaxilənin təsiri ilə ölkəmizdə baş verən ziddiyyətlərdən bəhs edir.
   Əsas rolları respublikanın Xalq artisti Pərvanə Qurbanova, aktyorlar Elxan Abbasov, Günay Verdiyeva və Yusif Cəfərov oynayırlar. Tamaşa oktyabrın 17-də yenidən səhnəyə qoyulacaq.
   Hazırda teatrda dramaturq Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə bağlı «Müsyö Jordan və Dərviş Məstəli şah» əsəri üzərində işlər davam edir.