Oktyabrın 12-də Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində MDB ölkələrinin aparıcı balet artistlərinin iştirakı ilə qala-konsert olub. Tədbirdən əvvəl çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qala-konsertin MDB-nin 20 illiyinə həsr olunduğunu deyib. V.Doroxin MDB üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə, Rusiyanın “Sodrujestvo” konsert şirkətinə, “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyinə təşəkkürünü bildirib. Konsertdə Moskva, Sankt-Peterburq, Kiyev, Minsk və Almatı opera və balet teatrlarının aparıcı balet artistləri çıxış edib.