Oktyabrın 20-dən 27-dək ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində “Amerikada Azərbaycan teatr bayramı” devizi altında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək.
   Tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcı heyəti oktyabrın 19-da Nyu-York şəhərinə yola düşəcək. Bu, 138 illik tarixində Azərbaycan teatrının Amerikaya ilk səfəridir. Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayevin rəhbərlik etdiyi yaradıcı heyətə tanınmış səhnə ustaları - xalq artistləri Afaq Bəşirqızı, Hüseynsəfa Mirzəhəsənov, solist-vokalçı Nərgiz Kərimova, aktyor Əliməmməd Novruzov və başqaları daxildirlər. Festival çərçivəsində keçiriləcək görüşlərdə sənətçilərin ifasında komediyalardan parçalar nümayiş olunacaq.
   Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan-Nyu-York Assosiasiyasıdır.