Dövlət Yuğ Teatrı yapon dramaturgiyasına müraciət edib. Teatrda yapon yazıçısı Ryunosuke Akutaqavanın novellaları əsasında «Koan» adlı tamaşa hazırlanır. Tamaşanın rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılovun sözlərinə görə, səhnə əsəri detektiv janrında olacaq: “Yaponların özünəməxsus estetikası, düşüncəsi var. Bu düşüncə Yuğ teatrının poetikasına yaxındır”.
   Tamaşanın süjet xəttinə gəlincə isə, burada personajların hər biri baş vermiş ölüm hadisəsi ilə bağlı özünəməxsus şərh verir. Lakin, klassik detektiv əsərlərdən fərqli olaraq, sonda cinayətkar aşkar olunmur. Tamaşaçılar fakt və etiraflardan sonra özləri cinayətkarın kimliyi ilə bağlı nəticə çıxaracaqlar.
   Gülər