Şuşa Dövlət Musiqili Dram Teatrı noyabrın 18-19-da Quba və Qusar rayonlarında qastrolda olacaq. Teatrın direktor müavini Azad Məmmədov bildirib ki, səfər çərçivəsində Bilal Appayevin “Gözəlləri necə qaçırırlar” tamaşası nümayiş etdiriləcək.
   Tamaşanın quruluşçu rejissoru Kəmalə Məcidova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Leyla Qarayevadır. Əsas rollarda Əməkdar artist Şükufə Musayeva, İqrar Salamov, Rauf Şahsuvarov, Püstəxanım Zeynalova, Aybəniz Əhmədova və başqaları çıxış edəcəklər.