Dekabrın 4-də ABŞ-da Azərbaycan Nyu-York Assosiasiyasının nəzdində yaradılmış Nyu-York Azərbaycan Teatrının təqdimatında Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşasının premyerası olacaq. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin anadan olmasının 200 illik yubileyinə həsr olunan tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovdur. Tamaşada rolları Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri ifa edəcək.
   Nyu-York Azərbaycan Teatrının yaradılmasında məqsəd zəngin Azərbaycan mədəniyyəti, o cümlədən teatrını ABŞ-da və digər ölkələrdə təbliğ etməkdir. Teatrın gələcək planlarında Azərbaycan dramaturgiyasının digər incilərinin də səhnələşdirilməsi planlaşdırılır.   

 Mehparə