Gənc Tamaşaçılar Teatrında «Hekayəti-Şahzadeyi-Xəzər» adlı yeni tamaşa hazırlanır. Kamran Ağabalayevin müəllifi olduğu pyesə rejissor Nicat Kazımov quruluş verir. Tamaşanın quruluşçu-rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır. Rəqslərin quruluşu N.Kazımova, döyüş səhnələri və tryukların quruluşu isə İsa Əsədova aiddir. Rolları Ağaxan Salmanlı, Tarıyel Qasımov, Kərəm Hadızadə, Vüsal Mehrəliyev, Natiq Fərzəliyev, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

   Gülər