Bu il Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi teatrsevərlərə 5 yeni tamaşa təqdim etməyi planlaşdırır. Teatrın direktoru Əli Qasımovun verdiyi məlumata görə, yeni tamaşalar arasında İradə Gözəlovanın quruluşunda görkəmli rus yazıçısı Nikolay Qoqolun “Evlənmə” əsəri də yer alıb. Hazırda əsas rolların ifaçıları - Xalq artisti Alim Məmmədov, Əməkdar artist İlham Hüseynov, aktyorlardan Sevda Orucova, Elxan Qasımov və başqaları əsər üzərində gərgin məşqlər edirlər.
   Yaxın vaxtlarda görkəmli Azərbaycan dramaturqu İlyas Əfəndiyevin “Tənha iydə ağacı”, J.B.Meyerin “Skapenin kələkləri”, Rafael Hüseynovun “Məhsəti” və Ağalar İdrisoğlunun “Şah İsmayıl Xətai” pyeslərinin də məşqləri başlanacaq.