Bu ilin mayında Türkiyənin Sinop şəhərində Teatr Festivalı keçiriləcək. Festivala Bakı Uşaq Teatrı da dəvət olunub. Teatrın direktoru İntiqam Soltan sənət yarışmasına «Heykəl» adlı tamaşa hazırladıqlarını bildirib. İtalyan həyatından bəhs edən komediyanın müəllifi və tamaşanın rejissoru İlhamə Əhmədovadır.
   Bununla yanaşı, teatr türk yazarı Səma Devirin əsəri əsasında yeni tamaşa da hazırlayır. «Ağıllı eşşək» adlı tamaşa da festivalda təqdim olunacaq. Türk dilində hazırlanan tamaşa festivaldan sonra Bakıdakı türk liseylərində də təqdim olunacaq.
   Qeyd edək ki, Sipopdakı festivaldan sonra İ.Soltan türk tamaşaçıları üçün Azərbaycan müəlliflərinin əsərlərindən ibarət iki tamaşaya quruluş verəcək. Türk dilində hazırlanacaq tamaşaların iyun ayında təqdimatı planlaşdırılıb.

   Gülər