Fevralın 18-19-da Böyük Teatrın solisti, SSRİ Xalq artisti, professor Tamara Sinyavskaya Moskvada “Krokus Siti Holl”un Müslüm Maqomayev adına zalında açıq ustad dərsləri keçəcək. Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun təşkilatçılığı ilə keçiriləcək ustad dərslərində fonda müraciət etmiş ali musiqi məktəblərinin tələbələri, gənc professional vokalçılar iştirak edə bilərlər. Belə dərslər vokalçıların ifa vərdişlərinin yüksəlməsinə, sənətin incəlikləri ilə daha yaxından tanış olmasına əlverişli imkan yaradacaq.