Aprelin 21-də Y.Şəkərcanov adına Fərqanə Vilayət Musiqili Dram və Komediya Teatrında Əli Əmirlinin məşhur «Varlı qadın» komediyası əsasında hazırlanmış eyni adlı tamaşanın premyerası olub. Tamaşaya Özbəkistanın Xalq artisti Muhammadsoli Yusupov quruluş verib. Əsərin baş qəhrəmanını oynamaq teatrın aparıcı aktrisası Məlahət Toirovaya həvalə edilib.
   Qeyd edək ki, Ə.Əmirlinin komediyası 2008-ci ildə M.Vohidov adına Tacikistan Dövlət Gənclər Teatrının ifasında Almatıda Orta Asiya ölkələrinin II Beynəlxalq Teatr Festivalında iki nominasiya üzrə qızıl medala layiq görülüb, həmçinin rus, qazax, qırğız, tacik, ləzgi, kumık və özbək dillərində tamaşaya qoyulub. Pyes hazırda Krım-Tatar Musiqili Dram Teatrında tamaşaya hazırlanır.