28 May - Respublika Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında hazırlanmış kompozisiya tamaşaçılara təqdim edilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
   Naxçıvan Dövlət Filarmoniyasının və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının birgə hazırladıqları kompozisiyada kütləvi rəqslər, xor və duetlər məharətlə ifa olunub. Azərbaycanın əməkdar artistləri Xəlil Hüseynovun, Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Mübariz Əsgərovun və Elçin Nağıyevin çıxışları alqışlarla qarşılanıb.