Dövlət Yuğ Teatrının yaradıcı heyəti mayın 22-dən 26-dək Finlandiyada keçirilən «Ağ və Qara» Beynəlxalq Teatr Festivalında iştirak edib. Yaradıcı heyət sənət bayramında F.Kafkanın əsərləri əsasında hazırlanan «Kafkadan salam» tamaşasını təqdim edib. «Psixofos» poetikasına və bənzərsiz metodikaya əsasən hazırlanan tamaşanın quruluşçu rejissoru mərhum rejissor Vaqif İbrahimoğludur. Rolları əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Məmməd Səfa, Gülzar Qurbanova, Vidadi İsmayıl, aktyorlar Yaqut Paşazadə, Hikmət Rəhim və başqaları ifa edirlər. Tamaşa Kafkanın əsərlərinin pariqması üzərində qurulub.
   Qeyd edək ki, festival «Ağ və Qara» Teatrı tərəfindən təşkil olunub. Sözügedən teatr 2001-ci ildə Finlandiyada yaşayan həmvətənimiz, teatr və kino rejissoru Kamran Şahmərdanın təşəbbüsü ilə yaradılıb. 2003-cü ildən keçirilən festival əvvəlcə kukla teatrları üçün nəzərdə tutulsa da, sonralar teatr sənətinin pantomim, rəqs, dram kimi digər növlərinə də yer ayrılıb.
   
   Gülər