Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar artist İnarə Babayeva Belarus Böyük Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarı C.Puççininin «Bohema» operasında əsas rollardan birini - Müzetta partiyasını ifa edib. MDB ölkələri Gənc Opera Sənətçilərinin I Beynəlxalq Festivalı çərçivəsində baş tutan tamaşa Belarus KİV-i tərəfindən geniş işıqlandırılıb. Televiziya kanalları və qəzetlərdə İ.Babayevanın ifası yüksək qiymətləndirilib.