Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında fransız dramaturqu Jan Batist Molyerin “Mizantrop” komediyasına daxili baxış olub. Bolqarıstanın paytaxtı Sofiyanın “Provakator” teatrının bədii rəhbəri və rejissoru Xristo Stoyçevin quruluş verdiyi tamaşada əsas rolları xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev və Adil Zeynalov, aktyorlar Əlibala Əsgərov, Miraslan Ağayev, Qızılgül Quliyeva və başqaları ifa edirlər.