Bakı Uşaq Teatrı nəzdində “Günay” uşaq teatr-studiyası Polşanın Kelts şəhərində keçiriləcək 39-cu Beynəlxalq uşaq və yeniyetmə yaradıcılığı festivalında iştirak edəcək. Teatr festivalda iki tamaşa - H.K.Andersenin nağılları əsasında hazırlanmış “Rusaloçka” və M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” pyesini təqdim edəcək. Balaca aktyorlar festivalda Azərbaycan mahnı və rəqslərini nümayiş etdirəcəklər. Festival çərçivəsində teatr-studiya Almaniya, Çexiya və Fransada olacaq.