Başqırdıstanın paytaxtı Ufa şəhərində keçirilən türk xalqlarının V “Tuqanlıq” teatr festivalında A.Salavatov adına Dağıstan Dövlət Kumık Musiqili Dram Teatrının kollektivi Əli Əmirlinin “Varlı qadın” komediyası ilə çıxış edib. Müəllif bildirib ki, Başqırdıstan Rus Dram Teatrının səhnəsində nümayiş etdirilən tamaşa alqışlarla qarşılanıb. Ötən ilin martından kumık teatrının repertuarında yer alan “Varlı qadın” ən çox baxılan tamaşa kimi “Tuqanlıq” festivalına vəsiqə alıb. Əsərə Rusiyanın Əməkdar incəsənət xadimi İslam Qazıyev quruluş verib.