Oktyabrın 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Biz teatrı sevirik” layihəsi çərçivəsində Xalq şairi Rəsul Rzanın “Ana qaz” tamaşası nümayiş etdiriləcək. Tamaşanı teatrın kollektivi, Azərbaycan Universiteti, Azərbaycan İctimai-Siyasi Universitetinin və digər qurumların nümayəndələri ilə yanaşı, valideyn himayəsindən məhrum uşaqlar və aztəminatlı ailələrin övladları izləyəcəklər. Səhnə əsərinin quruluşçu rejissoru Nicat Kazımov, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Fəxrəddin Dünyamalıyev, rejissor assistenti Manaf Dadaşovdur.