Hollandiyada bu il ən çox satılan kitab məlum olub. Hollandiya Kollektiv Kitab Tanıtma Mərkəzi ölkədə əfqan yazıçısı Xalid Hüseynin “Küləyin ardınca qaçanlar” romanının 273 min 732 ədəd satışla önə çıxdığını açıqlayıb. Qeyd edək ki, əfqan yazıçısının yazdığı “Küləyin ardınca qaçanlar” əsəri keçən il bu ölkədə 210 min 788 ədəd satılmaqla ikinci yerə sahib olmuşdu. Həmən il Elizabet Jilbertin “Ye, dua et, sev” kitabı 232 min tirajla satılmaqla birinciliyi qazanmışdı. Onu da bildirək ki, əfqan yazıçısı Xalid Hüseynin romanlarının əsas mövzusunu əfqan həyatının təsviri tutur.