Mayın 25-də AMEA-nın əsas binasının konfrans zalında Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və Tarix İnstitutunun elmi-təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən icra olunan layihə çərçivəsində “İrəvanın maddi və mənəvi irsi” mövzusunda gənc tədqiqatçıların elmi-praktik konfransı keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd orta əsr şəhər mədəniyyətinə malik Azərbaycanın qədim İrəvan şəhərinin dövlətçilik tariximizdə yeri, ictimai-siyasi və mədəni rolu, zaman-zaman ermənilər tərəfindən şəhərin özününküləşdirilməsi yolunda aparılan vandal siyasətinin araşdırılması, maddi-mədəniyyət abidələrinin, mənəvi irsin tədqiqi və təbliğinə gənc tədqiqatçılar tərəfindən töhfə verilməsidir.