Azərbaycan kino tarixində daha bir maraqlı kitab işıq üzü gördü. Uzun illərin araşdırmalarından sonra Əlisəfdər Hüseynov «Tanış mövzuda variasiyalar» adlı kitabını nəşr etdirib. Geniş oxucu kütləsi və kino ixtisasına yiyələnmək istəyən tələbələr üçün önəmli vəsait hesab olunan bu kitabda müəllif nəzəri fikirlərə daha çox yer ayırıb. Bundan başqa, bəzi kino xadimlərimiz haqqında müəllifin yazdığı məqalələr kitabda toplanıb.
   Kitabda «Kinoda və poeziyada mətnin semantik quruluşu», «Söz…səs…təsvir», «Mətnin gizlinləri», «Kino haqqında iki paradoks» və digər məqalələr Azərbaycan kino tarixində bu mövzularda aparılmış ilk araşdırmalardır.
   Müəllif həmçinin son illərdə çəkilmiş Azərbaycan filmlərini nəzərdən keçirmiş, uğurlu ekran əsərlərini lazımınca təhlil etmişdir.