İki gün öncə Tərtər rayon Mədəniyyət və turizm şöbəsinin baş metodisti Vüqar Ağayev redaksiyamıza gəlmişdi. Bir-iki kəlmə ilə özünü təqdim etdi. Baş metodistliklə bərabər, Tərtər Rayon Uşaq Yaradıcılıq Mərkəzində dram dərnəyinə də rəhbərlik edir.
Dram dərnəyinin əhatə dairəsində mədəni və yaradıcı bir mühit  yaradıb. Dərnəyin aparıcı üzvləri istedadlı məktəblilərdir.

Vüqar Ağayev keçən il istedadlı uşaqların iştirakı ilə «Əyriqulaq dovşan» (İntiqam Soltan) və «Gözəlçə» (Rafiq Rəhimli) əsərlərini tamaşaya qoyub.
Vüqar özüylə iki ədəd 12 vərəqlik şagird dəftəri gətirmişdi. Bu, dram dərnəyinin iki istedadlı üzvi Bəxtiyar Məhərrəmli və Sadiq Tağızadəyə məxsusdur.  Dəftərləri açıb şeirləri oxudu. İnsafən deyək ki, məktəbli üçün uyarlı idi. Biz də bir redaksiya olaraq bəyənilən şeirlərin dərcini  vəd etdik.