Bu ilin sentyabrında Azərbaycanda XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. XI “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı 18-25 sentyabr tarixlərində baş tutacaq. Builki festivalda Azərbaycanla yanaşı, Rusiya, Estoniya, Polşa, Bolqarıstan və İranda istehsal olunan filmlərin nümayişi gözlənilir.
   Qeyd edək ki, kinofestival ilk dəfə olaraq 1996-cı ildə keçirilib. Festival MDB və Baltikyanı dövlətlərin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dəstəyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondunun təşkilatçılığı ilə reallaşacaq.