"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Dəli Alı" sənədli filminin çəkilişi başa çatıb. Film 1898-1917-ci illərdə çar üsul-idarəsinə qarşı çıxan, silahdaşları ilə erməni daşnaklarına divan tutan qaçaq Alı (Alı Məhərrəmov) haqqındadır. O, Azərbaycan tarixinə ermənilərin Gəncədə törətdikləri qırğının qarşısını alan vətənpərvər qəhrəman kimi daxil olub. Yeni ekran əsərinin çəkilişləri Qazax, Goranboy və Daşkəsən rayonlarında aparılıb. Filmin ssenari müəllifi Xanlar Bayramov, rejissoru Şahəddin Elxan Mayıloğlu, operatoru Elxan Nəbiyevdir.