Gənc rejissor Elnur Əliyev yeni film üzərində çalışır. Uşaq ili çərçivəsində çəkilən film azyaşlı qızın başına gələn faciəli hadisələrdən bəhs edir. O, ailəsinin laqeydliyi üzündən insan alverinin qurbanına çevrilir və sonda yaxşı insanlar hesabına yeni həyata başlayır. “Günahkarlar, yoxsa günahsızlar?” adlanan film “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, DİN, Qeyri-Hökumət Təşkilatlarına Yardım Fondunun dəstəyi ilə çəkilir. Film “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın “Günahkarlar, yoxsa günahsızlar?” hekayəsinin motivləri əsasinda çəkilir. Filmin operatoru Əli Sultanov, rəssamı Mehriban Əfəndiyeva, ssenari müəllifi Kamran Qasımovdur.