Azərbaycan Dövlət Film Fondu tərəfindən kiçik yaşlı tamaşaçılar üçün Uşaq Kino Evi yaradılacaq. Nəzərdə tutulmuş plana əsasən müasir avadanlıq ölkəmizə gətirildikdən sonra balacalar üçün kinofilmlər nümayiş etdiriləcək. Fondun direktoru Cəmil Quliyev bildirir ki, ötən ilin sonlarında Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 20-dən çox Azərbaycan cizgi filmi Rusiya Dövlət Film Fondunda bərpa olunub toplu halında uşaqların ixtiyarına verilib.
  
   İntiqam