Rejissor Elçin Musaoğlunun bir neçə gün bundan əvvəl Çernoqoriyada beynəlxalq kinofestivalda iştirak edərək “Gümüş zeytun budağı”na layiq görülən “40-cı qapı” bədii filmi bu ilin noyabrında daha 6 beynəlxalq kinofestivalda - San-Paulo (Braziliya), Qotbus (Almaniya), Bursa (Türkiyə), Aslatiko (İtaliya) və Dehli (Hindistan), həmçinin Estoniyada keçiriləcək “Qara gecələr” beynəlxalq festivalında Azərbaycanı təmsil edəcək.