“Şərikli çörək” bədii filmi Rusiya Dövlət Film Fondunda bərpa olunub. Bu barədə Azərbaycan Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev məlumat verib. C. Quliyev bildirib ki, filmin bərpası Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə baş tutub.
   Onun sözlərinə görə, filmin bərpası ekran əsərinin rejissoru olmuş Azərbaycanın tanınmış kinorejissoru Şamil Mahmudbəyovun 85 illik yubileyi münasibəti ilə baş tutub.