«2009-cu il - Bakı İslam mədəniyyətinin paytaxtı» tədbirlər planına uyğun olaraq dekabrda Muzey Mərkəzində “Azərbaycan kino ensiklopediyası”nın təqdimat mərasimi keçiriləcək.
   Azərbaycan Dövlət Film Fondundan verilən xəbərə görə, milli kino tariximizdə böyük hadisə olan kitab bu sahədə çalışanlar - rejissorlar, operatorlar, səs operatorları, filmlərin direktorları və ümumilikdə kinoda zəhməti olan bütün insanlar haqqında məlumatları əks etdirir.
   Bundan əlavə, ensiklopediyada Azərbaycan Kinematoqrafçılar İttifaqı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi, Azərbaycan Dövlət Film Fondu və digər aidiyyəti təşkilatlar haqqında ətraflı məlumatlar verilmiş, onların yaranma tarixi, keçdikləri yol əks olunub. “Azərbaycan kino ensiklopediyası”nda İtaliya, Fransa, Amerika və digər dünya ölkələrinin kinoları haqqında məlumatlar da yer alıb.