Türkiyəli rejissor Hicri Bozdağ paytaxtımız barədə sənədli film çəkəcək. Türkiyə filmləri həftəsində iştirak edən Hicri Bozdağ jurnalistlərə deyib: "Buranı görüncə başımda yeni bir film ssenarisi canlandı, Azərbaycandakı yaşamla bağlı bir sənədli film çəkməyi düşünürəm".
   Rejissor deyib ki, Ankaraya dönüncə ssenarini yazacaq, sonra da Bakıya qayıdıb filmi çəkəcək.