Çingiz Rəsulzadənin “Kuklalar” filminin tamamlanması barədə qəzetimizə “Bizim kino” prodüser mərkəzinin rəhbəri Heydər Dadaşov məlumat verdi: «Kuklalar” filmi artıq hazırdır. Yalnız titrlərin, neqativ lentin ümumi konyekturasının hazırlanması üzərində iş gedir”.
   Quruluşçu rejissoru Ülviyyə Könül, ssenari müəllifləri Ramiz Fətəliyev və Elza Şamaxinskaya olan “Vəkil hekayətləri” filmi də artıq montaj mərhələsindədir. Yanvar ayının sonlarında Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.
   
   Yeganə C.