Moskvanın "Oktyabr" Kino Evində "Cavad xan" filminin təqdimat mərasimi keçirilib. Təqdimatda çıxış edən ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Cavad xanın Azərbaycan tarixindəki yerindən, təqdim olunan filmin əhəmiyyətindən danışıb. Filmin ssenari müəllifi, Xalq şairi Sabir Rüstəmxanlı isə Rusiya-Azərbaycan münasibətlərinin tarixi və bu günü barədə fikirlərini paylaşıb, tarixə obyektiv baxışın xalqlar arasındakı münasibətlərin normallaşmasına verə biləcəyi töhfədən və filmin yaranma zərurətindən bəhs edib. Filminin rejissoru Rövşən Almuradlının və Cavad xan rolunun ifaçısı, Xalq artisti Nurəddin Mehdixanlının çıxışlarından sonra film tamaşaçılara təqdim edilib.