«Qladiator» filmindən daha yaxşı tanıdığımız Rassel Krounun Hollivudun «Şöhrət xiyabanı»nda ulduzu yerləşdirilib. Los-Ancelesdə keçirilən təqdimetmə mərasimində rejissorlar Ron Hovard və Sem Uortinqton və digər tanınmış şəxslər olub. Təqdimat zamanı mətbuata açıqlama verən aktyor «Şöhrət xiyabanı»nda yerləşdirilən ulduzunun Entoni Hopkinsin ulduzu ilə yanaşı olmasından razılıq edib. Aktyor onu avstraliyalı adlandıran jurnalistələrə isə əslən Yeni Zelandiyadan olduğunu xatırladıb.
   Qeyd edək ki, 46 yaşlı aktyor Hollivudun «Şöhrət xiyabanı»nda ulduzu olan 2404-cü şəxsdir. 2010-cu ilin əvvəlindən burada Adam Sendler, Ceyms Kameron, Con Kyusak, Kolin Firt, Qeyl Enn Herd, Emma Tompson, Rendi Nyuman və Mark Uolberqin də ulduzları yerləşdirilib.