Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda karikaturaçı rəssam Hafiz Nəsiroğlunun Xalq rəssamı Əzim Əzimzadənin 130 illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin, Rəssamlar İttifaqının, Karikaturaçı Rəssamlar Birliyinin və “Kirpi” satira-yumor jurnalının birgə təşəbbüsü ilə keçirilən sərgidə rəssamın 100-dən çox əsəri nümayiş etdirilib.
   Sərginin açılış mərasimində Xalq rəssamı Arif Hüseynov, Milli Məclisin deputatı Gülər Əhmədova, Xalq artisti Yaşar Nuri və başqaları çıxış edərək karikatura kimi çətin janrda fırçasını uğurla sınayan rəssamı Əzim Əzimzadə məktəbinin layiqli davamçısı adlandırıblar. Hafiz Nəsiroğlu sərginin ərsəyə gəlməsində ona yardımçı olmuş insanlara, eləcə də tədbirin iştirakçılarına minnətdarlığını bildirib.