Noyabrın 25-də əlillərin bədii yaradıcılıq üzrə V respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Aktyorlar evində keçirilən müsabiqə iki gün davam edib. Müsabiqədə 507 nəfər istedadlı əlil iştirak edib. Onlardan 154 nəfəri müsabiqənin yekun turunda çıxış etmək hüququ qazanıb.
   Müsabiqənin yekun turunda qalibləri respublikanın tanınmış ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti seçib. Sonra əlillərin bədii yaradıcılıq üzrə V respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qaliblərə diplom və pul mükafatları təqdim olunub.